DÜNYA

03 Avqust

Türkiyənin xarici ticarət kəsiri 7 ayda 73 milyard dolları keçib

Türkiyə Ticarət Nazirliyinin müvəqqəti məlumatlarına görə, iyul ayında xarici ticarət kəsiri 12,4 milyard dollar ikən, 7 aylıq kəsir 73,6 milyard dollar oldu.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, 2023-cü ilin iyul ayında ötən ilin eyni ayına görə ixrac 8,4% artaraq 20 milyard 93 milyon dollar, idxal 11,1% artaraq 32 milyard 476 milyon dollar oldu.

2023-cü ilin yanvar-iyul dövründə ixrac 0,6 % azalaraq 143 milyard 435 milyon dollar, idxal isə 5,1 % artaraq 217 milyard 52 milyon dollar olub.

Zəminə Hüseyn
Fins.az