DÜNYA

03 Avqust

Rusiya iqtisadiyyatı ilin birinci yarısında 1,4 % artıb

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ölkə iqtisadiyyatının artım məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu ilin ikinci rübündə ölkə iqtisadiyyatının 4,6 % artdığı bildirilib.

Rusiya iqtisadiyyatının iyun ayında 5,3% böyüdüyü bildirilən açıqlamada, ilin ilk yarısında illik 1,4 % artım qeydə alındığı ifadə edilib.

Sənaye istehsalının ilin birinci yarısında əvvəlki ilə nisbətən 2,6% artdığı, iyun ayında inflyasiyanın illik bazda 3,6% olaraq qeyd edildiyi ifadə edildi.

Zəminə Hüseyn
Fins.az