"İyulda neft ixracatının ümumi həcmi 106 milyon 755 min 169 barel, gəlirləri isə 8.293 milyard dollar təşkil edib", - Neft Nazirliyi "State Oil Marketing Organization" (SOMO) dövlət şirkətinin ilkin məlumatlarına istinadən bildirir.
Fins.az xəbər verir ki, İraqın Neft Nazirliyinin açıqladığı statistikaya əsasən, 2023-cü ilin əvvəlindən bəri ilk dəfə bir ay ərzində İraqın neft gəlirləri 8 milyard dollar həddini keçib.
Açıqlamaya görə, hesabat dövründə orta gündəlik ixracat həcmi 3.4 milyon barelə çatıb, bir barelin orta dəyəri 77.69 dollar təşkil edib.
Bu ilin əvvəlindən İraqın neft gəlirləri təxminən 7-7.7 milyard dollar arasında dəyişirdi.
İraq ötən ilin mayında son 50 il ərzində neft ixracından rekord həcmdə aylıq gəlirin əldə edib - 11.4 milyard dollardır. İxracatın ümumi həcmi 102.3 milyon barel olub, bir barelin orta qiyməti 111.79 dollar təşkil edib.