DÜNYA

02 Avqust

ABŞ-da vakansiyalar gözləntilərdən aşağı düşüb

ABŞ Əmək Departamenti iyun ayı üçün JOLTS Open Jobs Count məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da "JOLTS" vakant iş yerlərinin sayı iyun ayında 9 milyon 582 min ilə proqnozların altında reallaşıb.

ABŞ Əmək Departamenti iyun ayı üçün "JOLTS Open Jobs Count" məlumatlarını açıqlayıb. Hesabata görə, ölkədə boş iş yerlərinin sayı iyun ayında bir əvvəlki aya nisbətən 34 min azalaraq 9 milyon 582 minə enib.

Proqnozların altında qalan boş iş yerlərinin sayının bu dövrdə 9 milyon 610 min olacağı ehtimal edilirdi.

Qeyd edək ki, iyun ayında 2021-ci ilin aprelindən bu yana ən aşağı səviyyəsini qeyd edən vakant iş yerlərinin sayı may ayında 9 milyon 616 min olub.

Zəminə Hüseyn
Fins.az