DÜNYA

02 Avqust

"Fitch Ratings" ABŞ-ın kredit reytinqini aşağı salıb

Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"dan "AA+"-a endirib və proqnozu mənfidən sabitə dəyişib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Fitch"-in açıqlamasında qeyd olunub ki, ABŞ-ın reytinqinin aşağı salınması yaxın 3 ildə gözlənilən maliyyə vəziyyətinin pisləşməsini, yüksək və artan ümumi dövlət borc yükünü, təkrarlanan borc limiti ilə bağlı son dəqiqə qərarlarını və oxşar reytinqdəki əmsalları ilə müqayisədə idarəetmənin aşınmasını əks etdirir.

Açıqlamada, kredit reytinq agentliyinin ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"-dan "AA+"-a endirib, proqnozu mənfidən sabitə dəyişdirdiyi bildirilib.

Mövzu ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın maliyyə naziri Janet Yellen "Fitch"-in qərarı ilə qətiyyən razılaşmadığını bildirib.

Zəminə Hüseyn
Fins.az