Avropa ölkələri arasında ən yüksək işsizlik səviyyəsi olan ölkə məlum olub.
Fins.az xəbər verir ki, bu barədə "Eurostat"ın iyun ayı üzrə məlumatında deyilir.
Məlumata əsasən, ən yüksək işsizlik səviyyəsi İspaniyada qeydə alınıb – 11,7 faiz, daha sonra Yunanıstan – 11,1 faiz, Litva və İsveç - 7,5 faiz.
Ən aşağı işsizlik göstəriciləri – Maltada – 2,6 faiz, Polşa və Çexiyada 2,7 faiz və Almaniyada - 3 faiz təşkil edir.