DÜNYA

02 Avqust

Böyük Britaniyada mənzil qiymətlərində son 14 ildə ən kəskin eniş

İyulda Böyük Britaniyada mənzil qiymətləri ucuzlaşıb. Bu da son 14 ilin ən kəskin ucuzlaşmasıdır.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu ilin iyul ayında İngiltərədə ev qiymətləri 3,8 % ucuzlaşıb.

Bu ilin iyul ayında ölkədə mənzil qiymətlərinin aylıq bazda 0,2% azaldığı, bu azalma ilə ölkədə bir evin orta qiymətinin isə 260 min 828 lirəyə endiyi bildirilib.

Zəminə Hüseyn
Fins.az