DÜNYA

02 Avqust

ABŞ-da istehsal fəaliyyəti zəifləyib

ABŞ-da istehsal sənayesi zəif daxili və beynəlxalq tələb səbəbindən iyul ayında daralmağa davam edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, istehsal indeksi iyul ayında 46-dan 46,4-ə yüksəlib. Gözlənti 46,9 olması idi.

Qeyd edək ki, 50-dən aşağı qiymət sektorda daralmanın olduğunu göstərir. Yeni sifarişlər indeksi 45,6-dan 47,3-ə yüksəlib, lakin yenə də daralma ərazisində qalıb. Məşğulluq indeksi 48,1-dən 44,4-ə düşüb.

Zəminə Hüseyn
Fins.az