Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 202 faiz artaraq 100,5 milyon dollara çatdırıb.
Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Qazaxıstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 377,5 faiz artaraq 19,6 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq, 17,3 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 3 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 8,7 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 33,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.