DÜNYA

20 İyul

Netflix-in abunəçilərinin sayı ilin ikinci rübündə artıb

Netflix bu ilin ikinci rübü üçün balans hesabatını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, qlobal internet televiziya şəbəkəsi Netflix-in abunəçi bazası bu ilin ikinci rübündə təxminən 5,9 milyon nəfər artıb.

Buna görə ilin ikinci rübündə şirkətin gəliri keçən ilin eyni dövrünə görə 3% artaraq 8,2 milyard dollara çatıb. Ötən ilin aprel-iyun aylarında şirkətin gəliri 7,9 milyard dollar olub.

Şirkətin xalis mənfəəti ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 3 % artaraq 1,5 milyard dollara çatıb. Keçən ilin ikinci rübündə Netflix-in xalis mənfəəti 1,4 milyard dollar olub.

Netflix-in abunəçiləri də ilin ikinci rübündə 5,9 milyon nəfər artıb. Şirkətin dünya üzrə abunəçiləri illik müqayisədə 8 % artaraq 238,4 milyon nəfərə çatıb.

Zəminə Hüseyn
Fins.az