DÜNYA

17 İyul

Rusiya: "Taxıl Dəhlizi" sazişi başa çatdı

Qara dəniz taxıl dəhlizində qeydiyyatdan keçən sonuncu gəmi olan TQ Samsun yükü ilə Odessa limanından ayrılarkən, Rusiyadan müqavilənin sonlanmasına dair açıqlama gəldi.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Rusiya Taxıl Dəhlizi sazişinin bu gündən qüvvəyə minməyəcəyini və irəli sürdükləri şərtlər yerinə yetirilmədikcə razılaşmaya qayıtmayacaqlarını açıqlayıb.

Ən çox sövdələşmə çərçivəsində həyata keçirilən məhsullar olan buğda, qarğıdalı və soya fyuçersləri Çikaqo Ticarət Birjasında ardıcıl üçüncü sessiyada bahalaşıb.

Müqavilənin bir il əvvəl imzalanmasından bəri 32 milyon tondan çox Ukrayna taxılı təhlükəsiz şəkildə daşınıb və bu, taxılın dünya qiymətinin aşağı düşməsinə kömək edib.

Müqavilə ilk dəfə 2022-ci ilin iyulunda razılaşdırılıb və o vaxtdan bəri üç dəfə uzadılıb. Qeydlər gəminin Odessa limanını tərk etdiyini və yoxlamanı gözlədiyini göstərir.

Rusiya-Ukrayna müharibəsi səbəbindən ərzaq böhranı riskini aradan qaldırmaq üçün yaradılan “Taxıl dəhlizi”ndən 33 milyon tona yaxın taxıl daşınıb.

Müqavilə çərçivəsində dəhlizdən ixrac edilən taxılın 40 faizi Avropaya, 30 faizi Asiyaya, 13 faizi Türkiyəyə, 12 faizi Afrikaya, 5 faizi isə Yaxın Şərqə daşınıb.

Zəminə Hüseyn
Fins.az