İyun ayında Çinin ixrac və idxalı zəifləməyə davam edib və gözləntilərin altında qalıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iyun ayında Çin ixracatının dollar dəyəri keçən illə müqayisədə 12,4 %, idxal isə 6,8 % azalıb.
İqtisadçılar ixracın 9,2 %, idxalın isə 4,0 % azalacağını gözləyirdilər. Bu, 2020-ci ilin fevralından bəri dünyanın ikinci ən böyük iqtisadiyyatında ən böyük eniş idi.
Ticarət profisiti 74 milyard dollarlıq gözləntilərdən bir qədər aşağı olmaqla 70,62 milyard dollar olub.
Zəminə Hüseyn
Fins.az