DÜNYA

11 İyul

Meksika polad boru məhsulları idxal edəcək

Meksika şirkəti polad boruları idxal etmək istəyir.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, şirkət rəsmiləri borunun 50 x 50 x 3 mm ölçüdə olması lazım olduğunu bildiriblər. Firma Manzanillo limanı üçün istehsalçılardan qiymət təkliflərini gözləyir.

Ümumdünya Ticarət Təşkilatının verdiyi məlumata görə, keçən il qlobal miqyasda 397,9 milyard dollarlıq dəmir və ya polad məhsulları ixracı həyata keçirilib.

2022-ci ildə 12,7 milyard dollarlıq dəmir və ya polad məhsulları idxal edən Meksika bu il də oxşar məhsulları idxal etməyə davam edir. Ötən il sözügedən sektorda ölkə ABŞ-dan ən çox idxal edib. 

Zəminə Hüseyn
Fins.az