DÜNYA

03 İyul

Avstraliyada mənzil dəyəri 1,1 % artıb

Avstraliyada milli mənzil dəyəri indeksi artıb.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, "Corelogic" tərəfindən hesablanan məlumatlara görə, milli mənzil dəyəri indeksi iyun ayında bir əvvəlki aya görə 1,1% artıb.

"Corelogic" tərəfindən ayrıca hesablanmış 8 regiondan 7-də qiymətlər aylıq olaraq artıb. Ölkənin ən böyük şəhərlərindən biri olan Sidneydə qiymətlər 1,7 %, Melburnda 0,7%, paytaxt Kanberrada isə 0,4 % artıb. Tək qiymət enişi olan bölgə 0,3 % ilə Hobart olub.

Mənzillərin dəyəri illik bazda 6,8 faizdən 5,3 faizə düşüb.

Zəminə Hüseyn
Fins.az