Türkiyədə Covid-19 epidemiyası səbəbiylə 2020-ci ildə 43% azalaraq 193 milyon dollara düşən kosmetik məhsul idxalı, maskalardan istifadənin demək olar ki, bitdiyi 2022-ci ildə təxminən iki dəfə artıb.
Fins.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2020-ci ildə parfümeriya, dodaq boyaları və üz makiyajı materialları daxil olmaqla kosmetik məhsulların idxalı 2019-cu illə müqayisədə 43% azalaraq 193 milyon dollara düşüb. Belə ki, bu son 4 ilin ən aşağı səviyyəsidir.
Görülən tədbirlərin yumşaldılmasının təsiri ilə artmağa başlayan idxal rəqəmləri 2021-ci ildə 270 milyon dollara çatıb.
Pandemiyanın bitməsi və maskalardan istifadənin sona çatması ilə 2022-ci ildə 409,4 milyon dollara yüksələn kosmetika idxalı 2020-2022-ci illərdə pandemiyadan əvvəlki dövrdəki rəqəmləri üstələyərək iki dəfə artıb.
Onu da qeyd edək ki, bu ilin ilk 4 ayında sözügedən məhsulların idxalı təxminən 154 milyon dollar təşkil edib.
Leyla Fikrətqızı
Fins.az