Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, “EBS Consulting” Avropa Birliyi ölkələri, EFTA ölkələri və Türkiyəni əhatə edən araşdırmasının nəticələrini paylaşıb.
Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticələrə görə, may ayında Avropada avtomobil satışları 20,82% artaraq 1 milyon 208 min 862-yə çatıb, Türkiyədə isə 68,54% artım olub.
Ümumiyyətlə, 2023-cü ildə 19,26% artımla 5 milyon 663 min 667 avtomobil, Türkiyədə isə 340 min 37 yeni avtomobil satılıb.
Türkiyədə avtomobil satışları keçən ilin eyni dövrü ilə müqayisədə 58,79% artıb. Bu səbəbdən Türkiyə Avropada avtomobil satışının ən çox olduğu ölkələr arasında 6-cı yerdədir.
Türkiyə Avropada proporsional əsasda avtomobil satışında birinci yerdədir. İlk 10 ölkə siyahısında satışların düşdüyü yeganə ölkə İsveç olub.
Fuad Mədətov
Fins.az