DÜNYA

23 İyun

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı açıqlanıb

ABŞ-ın Əmək Departamentinin verdiyi məlumata əsasən 17 iyun tarixində sona çatan həftə üçün İşsizlik müavinətı üzrə ərizələrin sayı 264 min təşkil edib.

Fins.az xəbər verir ki, analitiklər göstəricinin 260 min səviyyəsində açıqlanacağını proqnoz edirdilər. 

Qeyd edək ki, bu həftənin nəticələri ötən həftənin yenilənmiş nəticələri ilə eyni olub.