DÜNYA

16 İyun

Kağız istehsalçısı \"Stora Enso\" 1150 işçini işdən çıxaracaq

Finlandiyanın kağız və qablaşdırma istehsalçısı "Stora Enso", Avropadakı dörd zavodunu bağlamağı və 1150 işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkətin uzunmüddətli rəqabət qabiliyyətini və gəlirliliyini artırmaq üçün yenidən strukturlaşdırma hərəkətlərinə hazırlaşdığı bildirilib.

Şirkət Finlandiyadakı Sunila selüloz istehsalı bölməsini, Hollandiyada De Hoop konteyner lövhələri zavodunu, Polşadakı Ostroleka zavodunda konteyner lövhələri xəttini və Estoniyada Napi mişar zavodunu həmişəlik bağlamağı planlaşdırır.

Zəminə Hüseyn
Fins.az