DÜNYA

13 İyun

Hindistanda inflyasiya 2021-ci ilin yanvarından bəri ən aşağı səviyyədədir

Hindistanın istehlak qiymətləri indeksi may ayında illik müqayisədə 4,25 % artaraq 2021-ci ilin yanvarından bəri ən aşağı inflyasiya səviyyəsini qeyd edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu göstərici iqtisadçıların gözlədiyi 4,42 faizdən aşağı olub.

Hökumətin məlumatına görə, may ayında geyim və ayaqqabı qiymətlərində ən yüksək artım 6,64%, ikinci yerdə isə 4,84 %-lə mənzil qiymətləri gəlir.

Zəminə Hüseyn
Fins.az