DÜNYA

09 İyun

Türkiyədə mebel və kağız məhsullarının ixracı 3,3 milyard dolları ötüb

Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyənin son 12 ayda ixracatı mayın sonunda 254,4 milyard dollara çatıb.

Fins.az "Anadolu Ajansı"na istinadən xəbər verir ki,  Türkiyənin ilk 5 ayda mebel, kağız və meşə məhsulları ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard dollar olub.

Sözügedən dövrdə cəmi 202 ölkəyə ixrac edilərkən, 8 ölkəyə 100 milyon dollardan çox, 129 ölkəyə isə 1 milyon dollardan çox mebel, kağız və meşə məhsulları ixrac edilib.

Zəminə Hüseyn
Fins.az