Rusiya Mərkəzi Bankı (RMB) altıncı dəfə uçot faiz dərəcəsini 7.5% səviyyəsində saxlayıb.
Fins.az bu barədə Rusiya Mərkəzi Bankına istinadən xəbər verir.
RMB qeyd edib ki, mövcud inflyasiya təzyiqinin tədricən artması kontekstində 2024-cü ildə və sonrakı illərdə inflyasiyanın 4%-ə yaxın sabitləşməsi üçün növbəti iclaslarda əsas faiz dərəcəsi artırıla bilər. Rusiya Bankının proqnozuna görə, davam edən pul siyasəti nəzərə alınmaqla, illik inflyasiya 2023-cü ildə 4,5-6,5% təşkil edəcək və 2024-cü ildə 4%-ə enəcək.