DÜNYA

09 İyun

BOJ-nin ultra yumşaq monetar siyasətini davam etdirəcəyi ehtimal edilir

Yaponiya Mərkəzi Bankının (BoJ) gələn həftə keçirəcəyi iclasında ultra yumşaq pul -kredit siyasətini davam etdirmək üçün qərar qəbul edəcəyi gözlənilir.

Fins.az xarici mənbəyə istinadən xəbər verir ki, Bankın mülayim iqtisadi canlanma gözlədiyi və güclü koorporativ və ev təsərrüfatlarının xərclərinin xaricdə tələbin azalmasının təsirlərinə qarşı bufer olacağını ehtimal etdiyi proqnozlaşdırılır.

Həmçinin, BOJ-un iclasdan sonra verəcəyi açıqlamada inflyasiyanın proqnozlarını üstələyə biləcəyinə işarə edə biləcəyi, iyul ayında açıqlanacaq rüblük icmalında inflyasiya proqnozlarını artıra biləcəyi də ifadə edilir.