DÜNYA

09 İyun

TCBM-nin xalis ehtiyatları minimumlara düşüb

TCMB-nin açıqladığı məlumatlara görə, iyunun 2-də bitən həftədə xalis beynəlxalq ehtiyatlar əvvəlki həftə ilə müqayisədə 1.29 milyard dollar azalıb.

Fins.az xəbər verir ki, eyni dövrdə TCMB-nin ehtiyatlarındakı qızılın dəyəri 306 milyon dollar artaraq 42.25 milyard dollara, ümumi valyuta ehtiyatları isə 1.72 milyard dollar artaraq 58.24 milyard dollara çatıb. Beləliklə, ümumi ehtiyatlar 2.03 milyard dollar artaraq 100,48 milyard dollara çatıb.

Beləliklə, ilin əvvəlindən 22 həftənin 16-da xalis ehtiyatlar azalıb. İlin əvvəlindən xalis ehtiyatların ümumi azalması 33.24 milyard dollar təşkil edib. İlin əvvəlindən bəri ümumi ehtiyatlarında 28.27 milyard dollar geriləmə qeydə alınıb. 

Təkcə qızıl ehtiyatlarına nəzər salsaq, idxal məhdudiyyətləri ilə birlikdə ehtiyatlardan qızıl satışının başladığı mart ayının sonundan iki həftə istisna olmaqla, bütün həftələrdə azalma müşahidə olunur.