"Eurostat" statistika agentliyinin verdiyi məlumata əsasən, Avrozonanın 20 ölkəsinin ÜDM-i ötən rübdə illik ifadədə 1% artıb, rüblük ifadədə isə ardıcıl olaraq ikinci rübdür ki, 0.1% geriləyib. Bu da öz növbəsində resessiyanın başlaması deməkdir.
Fins.az "Bloomberg" ə istinadən xəbər verir ki, ilkin və aralıq hesablamalar illik və rüblük göstəricilərdə müvafiq olaraq 1.3% və 0.1% artım proqnozlaşdırılırdı.
2022-ci ilin dördüncü rübü üçün illik göstərici 1.8% təşkil etmişdir, rüblük əsasda isə 0.1% azalma olmuşdur. Beləliklə ardıcıl ikinci rübdür ki, baş verən rüblük zəifləmə iqtisadiyyatın resessiyaya girməsini əks edir.
Qeyd edək ki, 2021-ci ilin sonunda Avrozona və Aİ-nin ÜDM-i hər biri 5.3% artıb. 2020-ci ilin sonunda Avropa İttifaqının ÜDM-i 5.9%, Avrozonada isə 6.4% azalıb.
Zəminə Hüseyn
Fins.az