DÜNYA

08 İyun

İsveç hava limanı dünyada tamamilə eko yanacağa keçən ilk hava limanı olacaq

Finlandiyanın yanacaq təchizatçısı "Neste" bildirib ki, İsveçin "Trollhättan-Vanersborg" hava limanı dünyada təyyarələrin yanacaq doldurması üçün yalnız qarışıq ekoloji cəhətdən təmiz aviasiya yanacağı (SAF) təklif edən ilk hava limanı olacaq.

Fins.az xəbər verir ki, "Trollhättan-Vanersborg" hava limanı dünyada hava limanında bütün təyyarələrə yanacaq doldurmaq üçün yalnız qarışıq ekoloji cəhətdən təmiz aviasiya yanacağı (SAF) təklif edən ilk hava limanı olacaq ki, bu da uçuşlar zamanı parnik qazlarının formalaşmasını əhəmiyyətli dərəcədə azaldacaq.

"Neste" "Trollhättan"-i davamlı olaraq aviasiya yanacağı ilə təmin edəcək.", - məlumatda deyilir.

Təchizatçının sözlərinə görə, hava limanı iyunun sonunadək adi aviasiya yanacağı ilə 30-40% SAF qarışığından istifadə etməyə başlamaq niyyətindədir. Bütün uçuşları belə yanacaqla yerinə yetirən ilk aviaşirkət yerli "Västflyg" olacaq.

SAF adi yanacağa daha yaşıl alternativ sayılan bərpa olunan aviasiya yanacağıdır və işlənmiş yemək yağı və tullantı heyvan yağı kimi ekoloji cəhətdən təmiz, 100% bərpa olunan xammaldan istehsal olunur.

"Neste" Baltikyanı Dövlətlər və Finlandiyada öz yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə bərpa olunan dizel yanacağı, dayanıqlı təyyarə yanacağı, bioyanacaq və bioplastika, emal və pərakəndə satış üzrə dünyanın aparıcı istehsalçısıdır.