DÜNYA

08 İyun

Türkiyədə çay 43 % bahalaşıb

Türkiyənin əsas çay istehsalçısı "Çaykur" quru çay qiymətlərini artırıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, qiymətləri orta hesabla 43 % artıran "Çaykur" topdansatış şirkətlərinə yeni qiymət siyahısı göndərib.

"Çaykur"un ən çox istehlak edilən iki çay markası "Tiryaki" və "Rize Turist" çox məşhurdur.

TÜİK-in may ayı məlumatlarına görə, Türkiyədə çay və digər dəmlənmiş içkilər qrupunda qiymətlər aylıq 1,48 faiz, illik müqayisədə isə 47,25 faiz artıb.

Zəminə Hüseyn
Fins.az