DÜNYA

07 İyun

Türkiyənin ölkədaxili neft istehsalı rekord göstəriciyə çatıb

Türkiyənin ölkədaxili neft istehsalı son 32 ildə rekord göstəriciyə, 70 min 76 barrelə çatıb.
 
Fins.az xəbər verir ki, bu barədə ölkənin "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti öz rəsmi twitter hesabında bildirib.
 
"Enerji sahəsində müstəqil Türkiyə üçün 2023-cü ilin sonunda hədəfimiz 90 min barrel neft istehsal etməkdir", - deyə paylaşımda qeyd edilib.
 
Qeyd edək ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.