DÜNYA

07 İyun

Almaniyada sənaye istehsalı həcmi apreldə 0.3% artıb

Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin məlumatlarına əsasən, Almaniyada sənaye istehsalının həcmi martda 2.1% azaldıqdan sonra apreldə aylıq ifadədə 0.3% artıb.

Fins.az xəbər verir ki, analitiklər indeksin aylıq ifadədə 0.6% artacağını proqnozlaşdırırdılar. Eyni zamanda, martda fevral ayı ilə müqayisədə azalma ilkin olaraq 3.4% səviyyəsində qiymətləndirilirdi.

İllik ifadədə ölkədə sənaye istehsalı mart ayında 1.6% artıb. Bir ay əvvəl isə 2.3% artım qeydə alınmışdı.

Energetika və tikinti sektorları istisna olmaqla sənaye istehsalı aprel ayında mart ayı ilə müqayisədə 0.1% artıb. Sənaye və texniki məmulatların istehsalının həcmi 0.3% azalıb, istehlak mallarının istehsalı isə 1.5% artıb.