DÜNYA

06 İyun

Avrozonada pərakəndə satış durğunluğu

Avropa Statistika İdarəsi (Eurostat) aprel ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün pərakəndə satış məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Avrozonada pərakəndə satışlar aprel ayında əvvəlki ayla müqayisədə dəyişməz qalıb.

Müvafiq olaraq, Avrozonada pərakəndə satışlar aprel ayında mart ayına nisbətən sabit qalarkən, keçən ilin eyni dövrü ilə müqayisədə 2,6 %azalıb.

Aİ-da pərakəndə satışlar aprel ayında əvvəlki aya görə 0,1% artsa da, keçən ilin eyni dövrü ilə müqayisədə 2,9 % azalıb.

Zəminə Hüseyn
Fins.az