DÜNYA

06 İyun

"Twitter"in reklam gəlirləri azalıb

İlon Mask bir müddət əvvəl "Twitter"in reklam işinin yüksəlişdə olduğunu deyərək, "Demək olar ki, bütün reklamçılar geri döndü" deyərək tezliklə qazanc əldə edə biləcəyini ifadə etmişdi.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Twitter"in aprelin 1-dən mayın ilk həftəsinə kimi beş həftəlik reklam gəliri keçən illə müqayisədə 59 % azalaraq 88 milyon dollar olub.

Şirkət müntəzəm olaraq ABŞ-ın həftəlik satış proqnozlarından, bəzən 30 faizə qədər aşağı düşüb. 

Zəminə Hüseyn
Fins.az