DÜNYA

05 İyun

Almaniyanın aprel ayında ixracı 1,2 % artıb

Almaniya Federal Statistika İdarəsinin (Destatis) ölkədə mövsüm və təqvim təsirlərindən təmizlənmiş ixracat aprel ayı üzrə məlumatları dərc edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, iqtisadçıların 2,5% azalma gözləməsinə baxmayaraq 1,2 % artaraq təxminən 130,4 milyard avroya yüksəldi.

İdxal isə 1,7 % azalaraq 112 milyard avroya düşüb.

2022-ci ilin aprel ayı ilə müqayisədə ixrac 1,5 % artıb, idxal isə 10,3 % azalıb. 

Zəminə Hüseyn
Fins.az