DÜNYA

31 May

1 trilyon dollarlıq şirkətlər klubu - SİYAHI

ABŞ-ın çip istehsalçısı Nvidia-nın bazar dəyəri ilk dəfə olaraq 1 trilyon dollara çatıb. Şirkət bu dəyərə çatan 9-cu şirkət oldu.

Fins.az "Bloomberg"ə istinadən həmin şirkətlərin siyahısını təqdim edir.

1.Nvidia- mayın 30-na olan məlumata görə, ABŞ-ın çip istehsalçısı Nvidia-nın bazar dəyəri ilk dəfə olaraq 1 trilyon dollara çatıb.
2. Apple- bazar dəyəri 2018-ci ilin avqust ayında 1 trilyon dollara yüksəldiyi halda, Apple tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu. Mayın 30-na olan məlumata görə, Apple-ın bazar dəyəri 2,8 trilyon dollardır.
3.Amazon- bazar dəyəri 2018-ci ilin sentyabrında 1 trilyon dollara çatıb. Amazon buna nail olan ikinci şirkət oldu.
4. Microsoft - bazar dəyəri 2019-cu ilin aprelində 1 trilyon dollara çatıb. Microsoft, Apple və Amazondan sonra bu həddi keçən üçüncü şirkətdir.
5.Alphabet - 2020-ci ilin yanvar ayında 1 trilyon dollarlıq bazar dəyərinə sahib idi.
6.Aramco - 2019-cu ilin dekabrında 2,06 trilyon dollar bazar dəyərinə çatdı.
7.Meta - bazar dəyəri 2021-ci ilin iyun ayında 1 trilyon dollara çatdı.
8.Tesla - bazar dəyəri 2021-ci ilin oktyabrında 1 trilyon dolları keçib.
9.PetroChina- 2007-ci ilin noyabrında Şanxay Birjasında 1 trilyon dollara çatıb. 

Zəminə Hüseyn
Fins.az