DÜNYA

31 May

ABŞ-ın çip istehsalçısı 1 trilyon dollarlıq şirkətlər klubuna daxil oldu

ABŞ-ın çip istehsalçısı Nvidia-nın bazar dəyəri ilk dəfə olaraq 1 trilyon dollara çatıb. Şirkət bu dəyərə çatan 9-cu şirkət olub.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Nvidia 1 trilyon dollarlıq bazar dəyərinə çatan ilk çip istehsalçısı oldu.

Oyun dünyasının gedişatını dəyişdirəcək yeni süni intellekt texnologiyası inkişaf etdirən Nvidia şirkətinin səhmləri bu gün Nyu-York Birjasında 4 faizdən çox bahalaşaraq 409 dollara yüksəlib. Onun bazar dəyəri də 1,02 trilyon dollara çatıb.

Zəminə Hüseyn
Fins.az