Tayland Mərkəzi Bankı inflyasiya ilə mübarizə aparmaq üçün siyasət faizini son 8 ilin ən yüksək səviyyəsinə qaldırıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki. Tayland Mərkəzi Bankı siyasət faizini 25 bənd artıraraq 2 faizə çatdırıb.
İqtisadçıların da gözləntisi bu idi. Siyasət dərəcəsi sonuncu dəfə 2015-ci ilin yanvarında bu səviyyəyə qaldırılıb.
Bank açıqlamasında inflyasiyanın tədricən azalmasının davam edəcəyini bildirib.
Zəminə Hüseyn
Fins.az