DÜNYA

30 May

İsveçrə iqtisadiyyatı birinci rübdə gözləniləndən çox artıb

İsveçrə Dövlət İqtisadiyyat Katibliyi (SECO) 2023-cü ilin birinci rübü üçün Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarını açıqlayıb.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, İsveçrədə ÜDM birinci rübdə bir əvvəlki rüb görə 0,5% artıb.

Birinci rübdə bazar gözləntisi iqtisadiyyatda 0,1 % artım idi. Ötən ilin birinci rübü ilə müqayisədə ölkədə ÜDM 0,9 % artıb. Birinci rübdə özəl xərclər 0,6 %, ixrac isə 4 % artıb.