DÜNYA

30 May

Türkiyənin xarici ticarət kəsiri aprel ayında 42 % artıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı üzrə xarici ticarət statistikasını açıqlanıb.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, xarici ticarət kəsiri keçən ilin eyni ayına görə 42,1 % artaraq 8 milyard 738 milyon dollara yüksəlib.

Yanvar-aprel dövründə xarici ticarət kəsiri 32,9 % artaraq 43 milyard 444 milyon dollar olub.

Zəminə Hüseyn
Fins.az