İlon Maskın şəxsi təyyarəsi Pekində eniş edib. Tesla-nın rəhbərinin Çin Baş naziri Li Qiang ilə də görüşəcəyi gözlənilir.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki. bu, Maskın son üç ildə Çinə ilk səfəridir.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində deyib: "Çin Mask və digər biznes liderlərini Çini daha yaxşı başa düşmək və qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək üçün alqışlayır".
"Biz xarici investorların Çində fəaliyyət göstərdiyini, Çin bazarını araşdırdığını və Çinin inkişafını paylaşdığını görmək istəyirik", - Ning deyib.
Maskın Çinin yüksək səviyyəli rəsmiləri ilə görüşü və həmçinin Tesla Inc-ın Şanxay zavoduna baş çəkəcəyi gözlənilir.
Bildirilir ki, Mask, Teslanın Çində tətbiq etmək istədiyi avtonom sürüş texnologiyasını müzakirə etmək üçün baş nazir Li Qiang ilə görüşəcək.