DÜNYA

25 May

Almaniya tənəzzülə girdi

Avropa iqtisadiyyatının mühərriki olan Almaniya tənəzzülə girdi.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Almaniyanın 2023-cü ilin birinci rübü üçün ümumi daxili məhsul (ÜDM) məlumatı 0,3% azalma ilə dəyişdirilib. 

Əvvəlki oxunuşda ölkə iqtisadiyyatının ÜDM-də dəyişiklik olmadığı bildirilib.

Birinci rübdə qeydə alınan rüblük müqayisədə 0,3% azalma ilə ölkə iqtisadiyyatı tənəzzülə daxil olub. 2022-ci ilin son rübündə Almaniya iqtisadiyyatı rüblük müqayisədə 0,5% azalmışdı.

Zəminə Hüseyn
Fins.az