İpoteka Bankları Birliyinin (MBA) məlumatlarına görə, ABŞ-da ipoteka müraciətlərində azalma qeydə alınıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ipoteka müraciətləri 4,6 % azalıb.
Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi 6,57 faizdən 6,69 faizə yüksəlib ki, bu da mart ayından bəri qeydə alınan ən yüksək səviyyədir.
Eyni dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi 5,96 faizdən 6,15 faizə yüksəlib.
Zəminə Hüseyn
Fins.az