Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva bildirib ki, faiz dərəcələrinin aşağı salınması üçün hələ tezdir və bu addımları 2025-ci ildə gözləmək olar.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, mərkəz banklarının ötəri faiz artırma siyasətini davam etdirəcəyini ifadə edib.
FED bu prosesdə siyasət faizini 2022-ci ilin yanvarında 0,25 faizdən 5,25 faizə, Avropa İttifaqı Mərkəzi Bankı isə 2022-ci ilin iyun ayında faiz dərəcəsini mənfi 0,5 faizdən 3,25 faizə yüksəldib.
İngiltərə Bankı da bu müddət ərzində faiz dərəcələrini 10 dəfədən çox artırıb.