DÜNYA

23 May

Avrozonada istehsal sektorunun fəaliyyəti aşağı düşüb

Avrozonada istehsal sektorunun fəaliyyəti may ayında aşağı səviyyəyə düşüb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, xidmətlər indeksi may ayı üçün 56,2-dən 55,9-a düşsə də, 50-nin üzərində qalıb və bu sektorda artımın davam etdiyini göstərir.

İstehsal indeksi regionda 45,8-dən 44,6-ya düşüb. Beləliklə, istehsal fəaliyyəti 2020-ci ildə pandemiya zamanı fabriklərin bağlanmasından bəri ən aşağı səviyyəyə düşüb. 50-dən aşağı qiymət sektorda daralmanın olduğunu göstərir.

Zəminə Hüseyn
Fins.az