DÜNYA

23 May

Chevron, PDC Energy satın alacaq

ABŞ-ın əsas neft istehsalçılarından biri olan "Chevron", "PDC Energy"ni satın alacağını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Chevron"un "PDC Energy"nin bütün səhmlərini 6,3 milyard dollara almağa razı olduğu qeyd edilib.

Açıqlamada alışın dəyərinin borclarla birlikdə 7,6 milyard dollar olduğu bildirilib.

Zəminə Hüseyn
Fins.az