İsrail Mərkəzi Bankı inflyasiyanı cilovlamaq üçün 10-cu dəfə faiz dərəcələrini artırıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, İsrail Mərkəzi Bankı siyasət faizini 10-cu dəfə artırıb ki, bu da 2006-cı ildən bəri ən yüksək həddi olub.
Bank iqtisadçıların proqnozlarına uyğun olaraq standart faiz dərəcəsini 4,5 faizdən 4,75 faizə yüksəldib. Faiz artımı dövrünə 2022-ci ilin aprel ayında başlayan bank, ikinci dəfə faiz dərəcələrini 25 baza bəndi artırdı.
Bank qərar mətnində faiz artımı dövrünün sona çatdığına dair mesaj verməyib.
Zəminə Hüseyn
Fins.az