Almaniya Sənaye və Ticarət Palataları Assosiasiyası (DIHK) bütün sektorlardan 21 min alman şirkəti ilə ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı keçirdiyi sorğunun nəticələrini dərc edib.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, sorğuda iştirak edən şirkətlərin demək olar ki, dörddə biri gələcək 12 ay ərzində biznes vəziyyətlərinin pisləşəcəyini gözlədiklərini söylədi.
Şirkətlərin 65 faizi sorğuda enerji və xammal qiymətlərini bu ilin əvvəlindəki 72 faizdən ən böyük biznes riski kimi qiymətləndirib.
Sorğuda iştirak edən şirkətlərin 53 faizi əmək xərclərini biznes riski kimi göstərib.
DIHK-nın məlumatına görə, bu il inflyasiya səviyyəsi Avropa Mərkəzi Bankının (AMB) 2 faiz hədəfindən xeyli yuxarı olmaqla, 6 faiz olacaq.
Zəminə Hüseyn
Fins.az