DÜNYA

22 May

Türkiyədə Xaricdə İstehsalçı Qiymətləri İndeksi illik 40,10% artıb

Türkiyə Statistika Təşkilatı (TÜİK) Xarici İstehsalçı Qiymətləri İndeksinin aprel ayı məlumatlarını açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Xaricdə İstehsalçı Qiymətləri İndeksi illik 40,10%, aylıq isə 2,43 % artıb.

Hesabata görə 2023-cü ilin aprel ayında qiymətlər indeksi əvvəlki aya görə %2,43, keçən ilin dekabr ayına görə %8,74, ötən ilin eyni ayına görə %40,10 və on iki aylıq ortalamalara görə %73,63 artıb.

İstehsal sənayesi illik 40,21 faiz artıb, aylıq 2,43% artıb.

Zəminə Hüseyn
Fins.az