DÜNYA

22 May

İZBAŞ günəş enerjisinə 10 milyon TL sərmayə qoyub

Avropanın ən böyük külək turbinləri fabrikinə ev sahibliyi edən İzmir Azad Zonası (İZBAŞ), istismara verdiyi Günəş Elektrik Stansiyası (GES) layihəsinə 10 milyon TL sərmayə qoyub.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, bu ilin ilk üç ayında 521 min TL enerji qənaət edib.

Layihə haqqında açıqlama verən İZBAŞ İdarə Heyətinin sədri Eyüp Sevimli, ümumi sahəsi 6 min kvadratmetr olan 600 kVt quraşdırılmış elektrik stansiyasında 1740 paneldən istifadə etdiklərini söyləyib.

Zəminə Hüseyn
Fins.az