DÜNYA

19 May

Rusiyanın bankı VTB Bank ilk dəfə İranda nümayəndəliyini açıb

Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda ilk Rusiya bankı oldu.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, İran Ticarətin İnkişafı Təşkilatının prezidenti Əli Rıza Peymanpak öz tviter hesabında Rusiya bankının ilk dəfə ölkəsində nümayəndəlik açdığını açıqlayıb.

Peymanpak deyib: "Ticarətin İnkişafı Təşkilatının davamlı səyləri nəticəsində Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəliyini açıb. Bu, İranda birbaşa iştirakı olan ilk Rusiya bankıdır. ”

Zəminə Hüseyn
Fins.az