DÜNYA

18 May

İsraildən Türkiyə limanlarına 5 milyon tondan çox yük daşınıb

2023-cü ilin yanvar-aprel aylarında İsraildən Türkiyə limanlarına 5 milyon 126 min 748 ton yük daşınıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İsraildən limanlara 358 min 304 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 4 milyon 753 min 325 ton yük çatdırıb.

Bu müddət ərzində İsrail bayraqlı gəmilərlə Türkiyə limanlarına 15 min 119 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarına İsraildən 462 min 678 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyə limanları 33 milyon 600 min 55 ton yük qəbul edib.