DÜNYA

18 May

Türkiyədə Apple məhsullarının yeni qiymətləri açıqlanıb

Apple Türkiyə məhsullarını təxminən 10 % artırıb. Apple artımından sonra ən aşağı iPhone 14 qiyməti 35 min TL-ni, ən yüksək iPhone 14 Pro Max qiyməti isə 63 min TL-ni keçib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, 2023-cü il Apple qiymət artımından sonra iPhone qiymətləri aşağıda göstərilib:

Yanvar ayında Apple artımından sonra 128 GB iPhone 14-ün qiyməti 30 min 999 TL-dən 32 min 999 TL-yə yüksəldi. Son Apple artımı ilə ən aşağı iPhone 14 qiyməti 35 min 999 TLə yüksəldi.

512 GB-lıq ən yüksək model iPhone 14-ün qiyməti 40 min 899 TL-dən 44 min 399 TL-yə yüksəlib.

128 GB olan iPhone 14 Plus 36 min 999 lirədən 39 min 999 lirəyə yüksəldi. iPhone 14 Plus 512 GB modeli 44 min 899 TL-dən 48 min 399 TL-yə yüksəlib.

iPhone 14 Pro 128 GB qiyməti 41 min 999 TL-dən 45 min 999 TL-yə yüksəldi. iPhone 14 Pro 256 GB 44 min 599 TL-dən 48 min 799 TL-yə, 512 GB cihaz 49 min 899 TL-dən 54 min 399 TL-yə, iPhone 14 Pro 1 TB 55 min 199 TL-dən 59 min 999 TL-yə yüksəldi.

14 Pro Max 128 GB 45,999 TL-dən 49 min 999 TL-yə, iPhone 14 Pro Max 256 GB 48 min 599 TLdən 52 min 799 TL-Yə, iPhone 14 Pro Max 512 GB 53 min 899 TL-dən 58 min 399 TL-yə, iPhone 14 Pro Max 1 TB 59 min 199 TL-dən 63 min 999 TL-yə yüksəldi.

Zəminə Hüseyn
Fins.az