DÜNYA

18 May

Yaponiyanın ticarət kəsiri aprel ayında azalıb

Yaponiyada ticarət kəsiri aprel ayında azalıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ölkənin ticarət kəsiri aprel ayında 854,93 milyarddan 432,41 milyarda düşüb.

Yaponiyanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 2,6 faiz artıb. İdxal 27 ayda ilk dəfə illik bazda azalıb. Aprel ayında 0,3 faiz gözləntiləri üstələyən idxal 2,3 faiz azalıb.

Zəminə Hüseyn
Fins.az